“Vaxta ehtiyacımız var” – Coy-Sleyd Mikels

17.08.2025 00:24 30
Aktual / Ölkə futbolu
Dünənki “Karvan-Yevlax” - “Qəbələ” oyunu ilə elitada 2025/26 mövsümünə start verildi.

Oyundan sonra yevlaxlıların yeni transferi Coy-Sleyd Mikels “Football-plus.az”a müsahibə verdi.

- Bu oyun haqda fikirlərin?
- Çətin oyun oldu, ilk dəqiqələrdə çox çətinlik çəkdik. Amma biz premyer-liqaya yeni yüksəlmişik. Vaxta ehtiyacımız var. Yeni kollektivik. İnanırıq ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.

- “Karvan-Yevlax”a gəlməyində qardaşlarının rolu var?
- Xeyr.

- Coy-Lens də oyunu izləyənlər arasındaydı. Onu sən dəvət etmişdin?
- (tərcüməçi söhbətə qoşulub deyir ki, mən sürpriz etmişəm). Ailəmin yanımda olması mənə həmişə motivasiya verir.

MÜZƏFFƏR QULUZADƏ