• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Karvan-Yevlax" "Qəbələ" ilə heç-heçə etdi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

15-08-2025, 18:0

Muştuluq-muştuluq! Nəhayət, bu gün Misli premyer-liqasında 2025/26 mövsümünə start verilir.

Bu dəfə fərqli formatda! Bəli, qarşıdan gələn "futbol ili" üç dövrədən - 33 turdan ibarət olacaq. Xatırladaq ki, 3-cü dövrənin oyunlarında meydan sahibi olacaq komandalar da püşk əsasında müəyyənləşib. Ən əsası, bu dəfə də idman prinsipləri qorunacaq: Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda çempionatı tərk edəcək, əvəzində 1-ci liqanın qalibi yüksək dəstəyə vəsiqə qazanacaq. "Misli"nin baş sponsorluğuyla keçiriləcək çempionat yenə "CBC Sport"un efirində canlı yayınlanacaq. Yeniliklər də var: bundan sonra 12 komandanın mübarizə aparacağı yarışda legioner limiti ləğv olunub. Çatışmazlıqlardan qurtulmaq isə hələ qeyri-mümkündü. Ona görə ki, iştirakçıların yarısı, yəni 6 komanda - "Qarabağ", "Araz-Naxçıvan", "Karvan-Yevlax", "İmişli", "Kəpəz" və "Turan Tovuz" ev oyunlarını təmsil etdiyi şəhərlərdə keçirməyəcək. Ağdam və Muxtar Respublika təmsilçilərinin azı bu mövsümün sonuna qədər Bakıda məskunlaşmağa davam edəcəyi bəllidisə, qalanlarının sərgərdan həyatı böyük ehtimalla uzun sürməyəcək.

Öz aramızdı, bəlkə avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanan sülh müqaviləsi "Araz-Naxçıvan" üçün də düşərli oldu və "qırmızı-ağlar" proqnozlaşdırılan vaxtdan əvvəl doğma stadionuna qovuşdu. Həmçinin "Qarabağ"ın gələcəkdə ev oyunlarını keçirəcəyi "İmarət"in təməli hələ ötən ilin sentyabrında ölkə başçısı İlham Əliyev tərəfindən qoyulub. Bilindiyi kimi, UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilən idman qurğusu 11 min 700 yerlikdi və təbii ot örtüyünə malik olacaq. Qalan komandaların da ev oyunlarını keçirəcəyi stadionlar təmir olunmalı, hər kəsə məlum olan problemlər ən qısa müddətdə aradan qaldırılmalıdı.

İndi isə ilk tur haqda... Dörd gün ərzində keçiriləcək matçlardan birincisi bu gün baş tutacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyunda ötən mövsüm premyer-liqaya vəsiqə qazananlar - "Karvan-Yevlax"la "Qəbələ" üz-üzə gələcək. Azər Həşimovun rəhbərliyi altında meydana çıxacaq Yevlax təmsilçisi çempionatın debütantı olsa da, mövsümlük hədəfi avrokuboklara vəsiqə qazanmaqdı! Odu ki, kollektivin oyunları daim diqqət mərkəzində olacaq. Bu komandanın 1-ci liqada çıxış etdiyi vaxtdan böyük azarkeş kütləsinə malik olduğundan xəbərdarsız. Həmçinin yevlaxlılar indiyə qədər xeyli yerli və legioner futbolçu ilə güclənib. Düzdü, onlar yoxlama oyunlarında qənaətbəxş nəticələr əldə edə bilməyib. Lakin rəsmi oyunların fərqli ab-havada keçdiyini nəzərə almalıyıq. Bu yerdə "Qəbələ"nin keçirdiyi yoxlama matçlarında uduzmadığını da vurğulayaq. Kaxaber Sxadadzenin "sükanı arxasında” olduğu "qırmızı-qaralar" ötən mövsüm Yevlaxda uduzmamaqla yanaşı, rəqibini böyük fərqlə üstələdi. İndi hadisələrin axarı başqa yöndə cərəyan edə bilər. Axı hələ komandalar "qara qutu"du və içindən nə çıxacağını təxmin etmək çətindi. O başqa məsələ ki, "Qəbələ"nin və baş məşqçisinin təcrübəsinə söz ola bilməz.

Turun qalan oyunları haqda daha ətraflı məlumat verəcəyik. İndidən onu bildirək ki, ilk turda bütün matçlar Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq. Həmçinin "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda aparılmış təftiş zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün cari mövsümdə ilk iki ev oyununu Şamaxıda keçirəcək. "Qarabağ"ın "Sabah"la görüşü beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması) təxirə salınıb.

Və daha bir önəmli xəbər: “Zirə” – “Araz-Naxçıvan” oyunu avqustun 18-də keçirilməliydi. Ancaq PFL-ə müraciət edən Muxtar Respublika təmsilçisi “Omoniya” ilə oyundan sonra vətənə uçuş biletlərinin saatı ilə yaranan durum səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacağının nəzərə alınmasını, “Zirə” ilə oyunun bir gün sonra keçirilməsini xahiş edib. Bu müraciəti, həmçinin “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alan PFL oyunun avqustun 19-u, saat 20.00-da start götürməsinə qərar verib.

15 avqust
Karvan-Yevlax – Qəbələ 1:1

Murad Musayev, 78-öz qapısına. - Domi Massumo, 54
"Karvan-Yevlax" bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Şamaxı, şəhər stadionu. Saat 17.00

16 avqust
İmişli – Turan Tovuz

Şamaxı, şəhər stadionu. Saat 17.00.

Neftçi – Şamaxı
Bakı, “Neftçi Arena”. Saat 20.00.

17 avqust
Sumqayıt – Kəpəz

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.30.

19 avqust
Zirə – Araz-Naxçıvan

Zirə, İdman Kompleksinin stadionu. Saat 20.00.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

18-07-2025, 15:0

İlk turda "Sabah" - "Qarabağ" matçı - püşk atıldı

Ölkə futbolu / Manşet

19-02-2025, 17:0

Futbol üzrə ölkə çempionatlarının yeni formatı bəlli oldu

Ölkə futbolu

20-08-2024, 15:0

AFFA-nın liqalarında mövsümün püşkü atıldı

Ölkə futbolu

18-07-2025, 10:0

Bu gün Misli premyer-liqasının püşkü atılacaq

Ölkə futbolu / Manşet

27-07-2025, 12:0

“Karvan” son üç ildə “Karvan-Yevlax” imiş?

Ölkə kuboku

17-12-2023, 12:0

1/8 finalın oyun cədvəli bəlli oldu

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
Daha çox
Oxunub: 245
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə