1/8 finalın oyun cədvəli bəlli oldu

17.12.2023 12:51 237
Ölkə kuboku
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin bir görüşü “AzPFL” yutub kanalında, digər matçlar isə “CBC Sport” kanalı vasitəsilə canlı yayınlanacaq:


18 dekabr (bazar ertəsi)

"Kəpəz" - "Sabah"
Tovuz şəhər stadionu, 14.00 (“CBC Sport” / canlı)

"Sumqayıt" - "Karvan"
"Kapital Bank Arena", 17.00 (“AzPFL” / canlı)


19 dekabr (çərşənbə axşamı)

"İrəvan" - "Araz-Naxçıvan"
"ASK Arena", 13.00 (“CBC Sport” / canlı)

"İmişli" - "Qəbələ"
Qəbələ şəhər stadionu, 16.00 (“CBC Sport” / canlı)


20 dekabr (çərşənbə)

"Səbail" - "Şamaxı"
"ASCO Arena", 14.00 (“CBC Sport” / canlı)

"Zirə" - "Turan Tovuz"
Zirə İdman Kompleksinin stadionu, 17.00 (“CBC Sport” / canlı)


21 dekabr (cümə axşamı)

“Qarabağ” – MOİK
14.00 (“CBC Sport” / canlı)

“Neftçi” – “Qaradağ Lökbatan”
"Neftçi Arena", 18.00 (“CBC Sport” / canlı)



Qeyd: “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.