"Komandamız bu oyunda istəyinə çatacaq" - Çarles Boli

14.08.2025 11:34 10
Konfrans Liqası / Aktual
"Araz-Naxçıvan" "Omoniya" ilə səfər matçında istəyinə çatacaq.

"Football-plus.az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya”ya (Cənubi Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib. Hücumçu Bakıda keçirilən ilk qarşılaşmanı unutduqlarını söyləyib:
“Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdü, görüş çətin, gərgin olacaq, ancaq biz hazırıq".

O, rəqibi yaxşı tanıdığını bildirib:
"Rəqibə qarşı bir neçə dəfə oynamışam. Cənubi Kiprin ən güclü komandalarından biridi. Lakin inanıram ki, “Araz-Naxçıvan” bu oyunda istəyinə çatacaq".


Xatırladaq ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı bu gün saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Cənubi Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.