İngiltərə premyer-liqasında yeni mövsümün oyunları ölkəmizdə canlı yayımlanacaq.
"Football-plus.az" xəbər verir ki, çempionatın yayım hüquqlarını "İdman" TV alıb. Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.
Gələn həftədən start götürəcək premyer-liqanın bütün oyunları tam şəkildə "İdman" TV vasitəsilə canlı yayınlanacaq.