"Kəpəz" "Şamaxı"ya qarşı

25.07.2025 11:55 34
Ölkə futbolu
Bu gün "Kəpəz" və "Şamaxı" arasında yoxlama oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılacaq. Görüş saat 18.30-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır. "Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq.