Azərbaycan gimnastları 18-ci Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Xorvatiyanın Osiyek şəhərindədi.
"Football-plus.az" xəbər verir ki, gənc idmançılarımız artıq Osiekdəki hoteldə məskunlaşıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev Osiekdə idman gimnastlarımızla görüşüb. O, idmançılarla söhbət edib və mövcud şəraitlə maraqlanıb. Eyni zamanda məşqçilərlə də fikir mübadiləsi aparan MOK nümayəndəsi komandamıza yarışlarda uğurlar arzulayıb.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarına iyulun 22-də start veriləcək. Yarışlar “Qradski Vrt” zalında təşkil olunacaq.