Azərbaycan cüdoçularını Lima səfəri gözləyir

18.07.2025 17:40
İdman
Beynəlxalq Cüdo Federasiyası ilin ikinci yarısı üçün beynəlxalq təqvimdə bəzi dəyişikliklər edib.

"Football-plus.az" xəbər verir ki, Perunun paytaxtı Lima ardıcıl olaraq üç yarışa ev sahibliyi edəcək.

Oktyabr 2-5-də orada gənclər arasında dünya çempionatı, ayın 6-da gənclər arasında qarışıq komandaların dünya çempionatı, ayın 10-12-də isə Lima Qran-Prisi keçiriləcək.