Rauf Rüstəmli "Sumqayıt"da - rəsmi

15.07.2025 21:25 39
Ölkə futbolu
"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Gənclik şəhəri"nin təmsilçisi müqavilə ilə "Sabah"a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini 1 illik icarəyə götürüb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"nın uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.