Freddi Varqas "Neftçi"də - rəsmi

15.07.2025 16:17 55
Ölkə futbolu
“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb. 26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.