Luis Ortis "Neftçi"də - rəsmi

26.06.2025 20:12 218
Ölkə futbolu
“Neftçi” növbəti transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortislə anlaşıb. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”du. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.