Orxan Hüseynzadə ÇL-in oyununa təyinat aldı

8.07.2025 08:30 21
Ölkə futbolu
UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Rumıniyada FKSB və Andorranın “İnter” kollektivləri arasında keçiriləcək ilk görüşün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma sabah Buxarest şəhərində yerləşən “Styaua” stadionunda keçiriləcək.