Yığmamız beynəlxalq təlim-məşq düşərgəsinə qatıldı

8.07.2025 07:59 7
İdman
Cüdo üzrə gənc qızlardan ibarət milli komandamız Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

"Football-plus.az" xəbər verir ki, toplanış Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub.

Cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.

Qeyd edək ki, 3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.