Bir İngiltərə klubundan digərinə keçdi

14.07.2025 19:26 13
Dünya futbolu
Kayl Uoker “Mançester Siti”ni birdəfəlik tərk edib.

Klubun mətbuat xidmətinin məlumatına görə, 35 yşlı müdafiəçi “Bernli”yə keçib. MS rəhbərliyi Uokerə bundan sonrakı karyerasında uğurlar arzulayıb.

İngiltərəli futbolçu “Siti”də 2017-ci ildən oynayırdı. Kayl klubla 6 dəfə İngiltərə premyer-liqasının qalibi olub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib.