Üç güləşçimiz zirvədədi

7.07.2025 05:56 6
İdman
Birləşmiş Dünya Güləşi (UWW) yenilənmiş reytinq cədvəllərini təqdim edib.

"Football-plus.az" xəbər verir ki, Yunan-Roma güləşində üç azərbaycanlı idmançı zirvədə qərarlaşıb.

Öz çəki dərəcələrində lider olan idmançılarımız Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvi Qənizadədi (72 kq). Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) reytinqdə 2-ci, Sənan Süleymanov (77 kq) isə 4-cü yerdədi.

Sərbəst güləşçilərdə ən yüksək yeri 3-cü olan Georgi Meşvildişvili (125 kq) tutur. Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Maqomedxan Maqomedov (97 kq) ilk "dördlük"də yer alıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul