Portuqaliyalı ulduz İstanbula gəldi

5.07.2025 00:56 18
Dünya futbolu
Müxtəlif transfer dönəmlərində adı İstanbul nəhəngləri ilə yanaşı hallanan Joao Feliş sürpriz şəkildə İstanbula gəlib.

"Football-plus.az" xəbər verir ki, tanınmış portuqaliyalı futbolçu bununla bağlı öz səhifəsində paylaşım edib. O, İstanbul Boğazında çəkilən və Türkiyə bayrağının da göründüyü şəkili ''instaqram''ın hekayə bölümündə paylaşıb.

Türkiyə mətbuatının yazdığına inansaq, 25 yaşlı futbolçu bu ölkəyə sadəcə tətil üçün gəlib və bir neçə gündən sonra ayrılacaq. Amma İstanbul nəhənglərinin fürsət düşmüşkən onunla danışıqlar aparacağı istisna edilmir.

Özü də nəzərə alaq ki, Feliş müqavilə ilə məxsus olduğu ''Çelsi''nin yeni mövsümlə bağlı planlarına daxil deyil. London nəhəngi onu icarəyə vermək istəməsə də, 15 milyon avroya satmağa razıdı.

''Fənərbaxça'' həm ötən yay, həm də yanvarda Felişə ciddi maraq göstərərək onunla danışıqlar aparmışdı. Amma keçidi tamamlamaq mümkün olmamışdı. Portuqaliya yığmasının üzvü ötən mövsümün ilk dövrəsini ''Çelsi''də, ikinci dövrəsini isə icarə əsasında ''Milan''da keçirmişdi.

Ümumilikdə Feliş mövsüm ərzində iki klubun heyətində meydana çıxdığı 41 qarşılaşmada aktivinə 10 qol, 3 məhsuldar ötürmə yaza bildi. Onun ''Çelsi'' ilə 2031-ci ilə qədər müqaviləsi var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul