KDÇ-dən sonra əməliyyat olunacaq

3.07.2025 07:03 8
Dünya futbolu
Cud Bellingemin aqibəti müəyyənləşib. “Real”ın və İngiltərə yığmasının yarımmüdafiəçisi klublararası dünya çempionatı (KDÇ) başa çatandan sonra – iyulda əməliyyat olunacaq.

ESPN-in yaydığı xəbərə görə, o, 2023-cü ildən çiynindəki ağrılardan əziyyət çəkdiyini bildirib. Cud artıq qoruyucu geyimdən istifadə etməyin mümkün olmadığını deyib.

O, “Real”da 2023-cü ildən çıxış edir. 21 yaşlı futbolçu ötən mövsüm Madrid klubunda bütün turnirlərdə 54 oyuna 15 qol vurub və 14 məhsuldar ötürmə verib.

Bellingemin KDÇ-də meydana çıxdığı 2 oyunda 1 qol vurduğunu da qeyd edək.