“Neftçi”dən növbəti transfer

24.08.2023 14:12 473
Aktual / Ölkə futbolu
"Neftçi" milli komandaların oyunlarına görə çempionata veriləcək fasilədən səmərəli istifadə etmək istəyir.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" toplanış üçün Türkiyəyə yollanmağı planlaşdırır.

Azərbaycan yığması sentyabrın 9-da AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə oyuna, 12-də isə İordaniya ilə yoldaşlıq görüşünə çıxacaq. Bu matçlara görə çempionatda ikihəftəlik fasilə elan olunacaq.

Bu arada "Neftçi"nin növbəti transferi də legioner olacaq. "Ağ-qaralar" paraqvaylı futbolçu Dieqo Qabriel Valdes Samudio ilə müqavilə imzalayacaq. 29 yaşlı futbolçu artıq ölkəsindən ayrılıb. O, yaxınları ilə sağollaşaraq ölkəmizə yola düşüb. Bununla bağlı paraqvaylı sosial şəbəkə hesabında da paylaşım edib. Paraqvay millisinin yarımmüdafiəçi "San Luis", "Sol de Amerika" və "Quarani"də oynadıqdan "Quayrena"ya keçib.