Məlum olduğu kimi, Mahir Emrelinin yeni ünvanı “Kayzerslautern” oldu. Həmyerlimiz Almaniyanın 2-ci bundesliqa təmsilçisiylə 3 illik müqaviləyə imza atdı.
Təbii ki, xoş xəbərdi. Axı yeni anlaşma hücumçu üçün 1-ci bundesliqada çıxış etmək şansı vəd edir.
Bəs “qırmızı iblislər”in tərəfdarları yeni transferi necə qarşılayıb?
“Football-plus.az” klubun rəsmi sosial şəbəkə hesablarında yer alan rəylərdən bəzilərini təqdim edir.
Bernd Rudolf: “İvan Prtain və Mahir Emreli artıq bizimdi. İndi onlara əla məhsuldar ötürmələr verəcək futbolçular lazımdı”.
Andre Şultes: “Nürnberq”də adı dəfələrlə qalmaqallarda hallandı. Xeyirlisi...”
Tobias Tröber: “O, ötən mövsümün əvvəlində “Nürnberq”i çox qarışdırdı. Buna rəğmən, komanda üçün ən faydalı futbolçulardan oldu. İçindəki stressdən xilas olubsa, çoxlu qollar vuracağına inanıram”.
Horst Heyman: “Bazar günü keçiriləcək yoxlama oyununda Mahirə şans verin. Onu izləmək üçün səbrsizlənirəm”.
Ralf Şmidt: “Cəhənnəmə xoş gəldin! Sənə uğurlu və zədəsiz mövsüm arzulayıram”.
“Florian Kölş: “Vau! Görünür, qarşıdan gələn mövsümdə fırtına qopacaq. Dilim tutuldu”.
Markus Zusan: “Mükəmməl transfer. İşə yaxşı başladıq. Növbədə hansı ulduz var?”
Kristian Pitanq: “Mahir kapitan olmalıdı. O, liderdi”.
Yeri gəlmişkən, rəylərdə “Nürnberq” azarkeşlərinə də rast gəldik.
Flo Kaim: “Nürnberq”dən salam, Mahir! Ümid edirəm ki, “Kayzerslautern”də daha böyük uğurlar qazanacaqsan”.
Fabian Veidt: “Mahirimiz... Özü də “Kayzerslautern”ə azad agent kimi getdi. Onu itirdik”.
Ma Ko: “Bizə qol vurma, Mahir...”
KƏNAN BAHADIR