Mahirin komandasının rəqibi bilindi - Almaniya kuboku

25.06.2025 18:12 15
Dünya futbolu
Mahir Emrelinin yeni klubu "Kayzerslautern"in Almaniya kubokundakı rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komanda ilk mərhələdə "RSV Aytraxt 1949"la qarşılaşacaq. Matç avqustun 17-də keçiriləcək.

Qeyd edək ki, Almaniya kubokunun 1-ci mərhələsi 1 oyundan ibarətdi.

Xatırladaq ki, Mahir Emreli dünən "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb.