Azərbaycan Almaniyaya uduzdu

21.06.2025 07:56 14
İdman
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışı keçirilir.

"Football-plus.az" xəbər verir ki, 16 ölkənin qatıldığı mundialda millimiz artıq çıxışını yekunlaşdırıb.

Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Yığmamızın heyətində Zelim Kotsoyev (+90 kq) qalib gəldiyi halda, Elcan Hacıyev (90 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) məğlub olublar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə 3 bürünc medal qazanıblar. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Yığmamız isə komanda hesabında 14-cü olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul