• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keyn 450-yə, Mitroviç 100-ə çatdı - İCMAL

Dünya futbolu

20-06-2025, 02:0

İngiltərə seçmə mərhələyə hələ martda başlayan yeganə nəhəng yığmadı. Bunun da səbəbi Millətlər Liqasının ötən mövsümündəki uğursuzluqdu.

"Football-plus.az" xəbər verir ki, Li Karsli B liqasından A liqasına dönmək vəzifəsini uğurla həll edəndən sonra U-21-ə qayıtdı və yığma Tomas Tuxelə tapşırıldı.

Almaniyalı mütəxəssis isə artıq üç qələbə qazanıb. “Üç şir” yazda Albaniyanın qapısından iki, Latviyanın qapısından üç top keçirmişdisə, qrupun əsas autsayderi Andorra cəmi bir qol buraxdı - Keyn Maduekenin asmasından yararlandı. Odu ki, ingilislərin turnir cədvəlindəki hesabına daha 3 xal əlavə edib, Tuxelin dövründə hər üç oyunda fərqlənən Keynin bəzi uğurlarını xatırladaq. Birincisi, Harri yığmalar səviyyəsində qol sayına (72) görə Miroslav Klozeni arxada qoydu. İkincisi, “Bavariya”nın ulduzu peşəkar səviyyədə qol sayını 450-yə çatdırdı.

Albaniya – Serbiya oyunları, adətən, qalmaqalla müşayiət olunur. Tiranada keçirilən budəfəki qarşılaşma qolsuz bitdi. Halbuki meydan sahibləri fərqlənməyə çox yaxın idi. Ancaq Manay ilk yarının sonunda penaltini yerinə yetirərkən qapıçıya uduzdu. 2-ci hissədə serblər daha məzmunlu hücumlar qurdu. Yığmaya qayıdan Aleksandr Mitroviç az qala hesabı açacaqdı. Onun baş zərbəsindən sonra Strakoşa topu boş küncdən çıxardı. Startda qolsuz heç-heçə Draqan Stoykoviçin komandası üçün pis nəticə deyil. Qonşuların duelində qalmaqaldan qaçmaq da mümkün olmadı. Birincisi, arenada Serbiyanın ən kiçik həcmli bayrağı asılmışdı. İkincisi, tribunalar bu ölkənin himnini fitlə qarşıladı.

Albaniya səfərində qonaqpərvərlik görməyən Serbiya Andorra ilə ev oyununda böyükhesablı qələbə qazandı. Yığmada 100-cü oyununu keçirən Aleksandr Mitroviç bu önəmli olayı üç qolla “yudu”. Final fitindən sonra serblər bu olayı təmtəraqlı şəkildə qeyd etdi, sanki hansısa turniri qazanmışdılar.

İyunun 7-də yığmamızla heç-heçə edən Latviya Albaniya ilə oyunda da qələbə qazana bilmədi. Baltikyanı ölkənin yığması ilk yarıda ikiqat zərbə aldı. Əvvəlcə İkaunieks penaltini qola çevirə bilmədi, ardından Çernomordı “qapıların yerini səhv saldı”. Ancaq məhz o, ilk yarının uzatma dəqiqələrində komandasını məğlubiyyətdən xilas etdi.

K qrupu
3-cü tur
Andorra – İngiltərə 0:1 (0:0)

Andorra: Alvares, San Nikolas, Olivera, K.Qarsiya, Llovera, Borra (Rubio, 75), Servos, Gilyen (İskierdo, 82), Babot (Vales, 75), Rodriqo (M.Qarsiya, 65), Fernandes (Lopes, 65).
İngiltərə: Pikford, Ceyms, Bern, Konsa, Cons (Rays, 80), Henderson (Aleksander-Arnold, 64), Bellingem (Gibbs-Uayt, 90+1), Rocers (Qordon, 80), Palmer (Eze, 64), Madueke, Keyn.
Qol: Keyn, 50.
Hakim: İqor Payats (Xorvatiya).
7 iyun. Barselona (İspaniya). 8872 tamaşaçı.

Albaniya – Serbiya 0:0
Albaniya: Strakoşa, Mitay, Cimsiti, Ayeti, Hüsay, Şehu (Ramadani, 85), Hoca (Bayrami, 63), Asllani, Lyaçi, Broya (Uzuni, 75), Manay (Daku, 62).
Serbiya: Petroviç, Pavloviç, Milenkoviç, Yerakoviç, Terziç (A.Maksimoviç, 69), Lukiç, N.Maksimoviç (Nedelkoviç, 87), Jivkoviç (Qudel, 87), Samarciç (S.Mitroviç, 69), A.Mitroviç (Yoviç, 75), Vlahoviç.
Manay 45+1-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Pavloviç, 17. Cimsiti, 19. S.Mitroviç, 80 – sarı.
Hakim: Davide Massa (İtaliya).
7 iyun. Tirana. 20427 tamaşaçı.

4-cü tur
Serbiya – Andorra 3:0 (2:0)
Serbiya: Petroviç, Pavloviç, Milenkoviç, Stoiç (Simiç, 76), Qudel (N.Maksimoviç, 61), Terziç (S.Mitroviç, 60), Katai (Raçiç, 61), Lukiç, Jivkoviç, A.Mitroviç (Ştuliç, 83), Vlahoviç.
Andorra: Alvares, San Nikolas, K.Qarsiya, Olivera, Llovera, Servos (A.Qomes, 79), M.Vales (Teyşeyra, 87), E.Vales (İskierdo, 66), Borra, Rodriqo (Martines, 66), Lopes (Fernandes, 67).
Qollar: A.Mitroviç, 12 (1:0). A.Mitroviç, 24 (2:0). A.Mitroviç, 53-p. (3:0).
Vərəqələr: E.Vales, 44. Raçiç, 75. İskierdo, 85 – sarı.
Hakim: ƏLİYAR AĞAYEV (AZƏRBAYCAN).
10 iyun. Leskovats. 7576 tamaşaçı.

Latviya – Albaniya 1:1 (1:1)
Latviya: Zviedris, Sıqanik, Balodis, Çernomordı, Yurkovskis, Yaunzems, Zelenkov, Savelyev (Vapne, 82), Varslavans (Tonişev, 90), İkaunieks (Daşkeviç, 75), Qutkovski (Reqja, 75).
Albaniya: Strakoşa, Mitay, Kumbulla, İsmayli, Balyiu, Lyaçi (Bayrami, 69), Şehu, Asllani, Hoca (Muçi, 60), Manay (Daku, 82), Broya (Uzuni, 82).
Qollar: Çernomordı, 29-öz qapısına (0:1). Çernomordı, 45+4 (1:1).
İkaunieks 21-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Sıqanik, 50. Varslavans, 69. Çernomordı, 84 – sarı.
Hakim: Xəlil Umut Mələr (Türkiyə).
10 iyun. Riqa. 6083 tamaşaçı.

1. İngiltərə 3 3 0 0 6-0 9
2. Albaniya 4 1 2 1 4-3 5
3. Serbiya 2 1 1 0 3-0 4
4. Latviya 3 1 1 1 2-4 4
5. Andorra 4 0 0 4 0-8 0

6 sentyabr: Latviya – Serbiya, İngiltərə - Andorra.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-09-2024, 20:0

Keyn və ''Bavariya'' Zaqreb ''Dinamo''sunu dağıtdı

Dünya futbolu

18-06-2024, 11:0

Keyn İngiltərənin yeni rekordçusu oldu

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

28-03-2024, 15:0

Keyn ilə bağlı son xəbər

Dünya futbolu

27-05-2025, 10:0

Harri Keyn zirvədə

Dünya futbolu

30-11-2024, 11:0

İngiltərə A liqasına darmadağınla döndü - İCMAL

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 123
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə