Çempionlar Liqasında ''Qarabağ''ı hər iki oyunda məğlub edərək qrup mərhələsinə vəsiqə qazanan Zaqreb ''Dinamo''su üçün ilk oyun günü faciəvi alındı.
Xorvatiya çempionu Münhendə 9 qol buraxdı! Harri Keynin 3-ü penaltidən olmaqla 4 qol vurduğu qarşılaşmada Münhen nəhəngi 9:2 hesablı tarixi qələbə qazandı. Bu qarşılaşmada bir sıra maraqlı rekordlar qeydə alındı. Birincisi, ''Bavariya'' ÇL-də bir oyuna 9 qol vuran ilk klub oldu. Daha iki rekord Keynin adı ilə bağlıdı.
Buna qədər ÇK dönəmi də daxil olmaqla bu turnirdə bir oyunda penaltidən 3 qol vuran futbolçu olmamışdı. Bundan başqa Keyn ÇL-də vurduğu qolların sayını 33-ə yüksəltməklə Ueyn Runini (30) geridə qoydu və turnirin tarixinin ən məhsuldar ingiltərəli futbolçusuna çevrildi.
Və nəhayət, ikinci hissədə meydana çıxan Tomas Müller Çempionlar Liqasında ''Bavariya''nın heyətində 152-ci oyununu keçirdi. O, ''Barselona''da 151 oyuna çıxan Xavi Ernandesin rekordunu yeniləyərək bu turnirdə bir klubun heyətində ən çox oyun keçirmiş futbolçuya çevrildi.
ƏLİ