Gürcüstan millisi Bakıda hazırlıq keçir

17.06.2025 21:19
İdman
Gürcüstanın 19 yaşadək hədbolçu qızlardan ibarət milli komandası Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, qonşu ölkə təmsilçiləri paytaxtımızda təlim-məşq toplanışı keçəcəklər.

Avropa çempionatına hazırlıq çərçivəsində Gürcüstan yığması millinin yerli komandalarla yoxlama oyunlarında qüvvəsini sınayacaq.