“Qarabağ” beynəlxalq turnirin qalibi oldu

16.06.2025 14:58 15
Ölkə futbolu
"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirinin qalibi olub.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.

Komanda bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran "köhlən atlar"ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqlənib. Həlledici görüşdə qələbə qazanan "Qarabağ" turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.

Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.