"Qarabağ" İsmayıl İbrahimli ilə də vidalaşdı

11.06.2025 23:24 15
Ölkə futbolu
"Qarabağ" futbolçusu İsmayıl İbrahimli ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Xatırladaq ki, Ağdam təmsilçisi daha əvvəl Yassin Benzya, Patrik Andrade və Marko Veşoviçin ayrılığını açıqlayıb.