Benzya "Qarabağ"dan ayrıldı - rəsmi

11.06.2025 21:30 20
Ölkə futbolu
"Qarabağ" əlcəzairli futbolçusu Yassin Benzya ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Benzya Ağdam təmsilçisinə 2023-cü ildə Fransanın "Dijon" klubundan keçib.