Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, siyahıda 4 Azərbaycan klubu yer alıb.
Ən yaxşı göstəriciyə malik ölkə təmsilçisi "Qarabağ"dı. Qurban Qurbanovun komandası 144,75 xalla 119-cu sıradadı.
"Zirə" 232-ci (95,75 xal), "Sabah" 317-ci (76 xal), "Araz-Naxçıvan" isə 446-cı (61,25 xal) yeri tutur.
Siyahıya İspaniya "Real"ı (470 xal) liderlik edir. İspaniyanın digər klubu "Barselona" (434 xal) 2-ci , İtaliya "İnter"i isə (419 xal) 3-cü pillədədi.