"Sabah"ın qapıçısı Stas Potakilovun transfer dəyəri 100 min avro yüksəlib.
"Football-plus.az" xəbər verir ki, "Transfermarkt"a görə, qazaxıstanlı qolkiperin hazırki qiyməti 600 min avrodu.
Bunda ölkə kubokunun finalında "Qarabağ"a qarşı oyunda qazanılan 3:2 hesablı qələbənin rolunun olduğu ehtimal olunur. Pokatilov matçın birinci hissəsində penaltini dəf edib.
Qeyd edək ki, Stasın çıxış etdiyi Qazaxıstan yığması bir neçə gün əvvəl yoldaşlıq oyununda Belarusa 1:4 hesabı ilə uduzub. Bu görüşdən sonra "Sabah"ın qapıçısı millinin düşərgəsini tərk edib.