Özbəkistan yığması tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqla türk dünyasını sevindirdi.
Xatırladaq ki, indiyə qədər postsovet məkanından dünya və Avropa çempionatlarının final mərhələsinə Rusiya, Ukrayna, Latviya və Gürcüstan vəsiqə qazanmışdı. Özbəkistan bu mənada 5-ci oldu.
Bəs görəsən, bizim küçəmizdə nə vaxt bayram olacaq?
"Football-plus.az"ın bu sualını Adil Şükürov cavabladı:
“Milli komandaların arzuladığımız səviyyədə olmasını istəyiriksə, klublarda akademiyaların inkişafına daha çox fikir verməliyik. Akademiya səviyyəsində keçirilən yarışların keyfiyyətinin artırılması vacibdi. Bu işlər isə uzunmüddətli planlar tələb edir. Təbii ki, akademiyada çalışacaq məşqçilər də çox önəmlidi. Məşqçilər heyəti düşünürəm ki, bu günün tələblərinə cavab verməlidi. Vacib məsələlərdən biri də akademiyalarda infrastrukturun olmasıdı”.
MÜZƏFFƏR QULUZADƏ