Alkaras və Sobolenko tarixə düşdü

9.06.2025 02:54 10
İdman
Mayın 25-də start götürən tennis üzrə Fransa Açıq Çempionatında mübarizə son mərhələyə qədəm qoyub.

"Football-plus.az" xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin dördqat qalibi Karlos Alkaras 1/8 finalda amerikalı Ben Şeltonu məğlub etdi.

Dünya tennisinin 2 nömrəsi olan ispaniyalı Mats Vilander və Rafael Nadaldan sonra “Rolan Qarros”da ardıcıl 4-cü il 1/4 finala çıxmağı bacaran 3-cü ən gənc oyunçu oldu. Alkaras növbəti mərhələdə amerikalı Tommi Pol ilə qarşılaşacaq.

Qadınların turnirində qələbəyə əsas namizədlərdən biri Arina Sobolenkodu. Dünyanın 1 nömrəli qadın raketkası 1/8 finalda ABŞ təmsilçisi Amanda Anisimovanı məğlub etməklə tarixə düşdü.

Belə ki, Arina Serena Uilyamsdan sonra “Böyük dəbilqə” turnirlərində ardıcıl 10-cu dəfə 1/4 finala vəsiqə qazanan ilk tennisçidi. Serenanın məlum seriyası 2014-cü ildəki “US Open”dən 2017-ci ildəki “Australian Open”ə qədər davam etmişdi.

Sobolenko 1/4 finalda çinli Çjen Sinvenlə qarşılaşacaq.

Ötənilki “Rolan Qarros”un qaliblərinin Karlos Alkarasla İqa Sventek olduğunu da xatırladaq.

Kişilər
1/16 final

Muzetti (İtaliya, 8) – Navone (Argentina) 4:6, 6:4, 6:3, 6:2
Popırin (Avstraliya, 25) – Borjeş (Portuqaliya) 6:4, 7:6 (13:11), 7:6 (7:5)
Pol (ABŞ, 12) - Xaçanov (Rusiya, 24) 6:3, 3:6, 7:6 (9:7), 3:6, 6:3
Rune (Danimarka, 10) – Alis (Fransa) 4:6, 6:2, 5:7, 7:5, 6:2
Altmayer (Almaniya) - Mecedoviç (Serbiya) 4:6, 6:3, 6:3, 6:2
Şelton (ABŞ, 13) – Ciqante (İtaliya) 6:3, 6:3, 6:4
Tiafo (ABŞ, 15) - Korda (ABŞ, 23) 7:6 (8:6), 6:3, 6:4
Alkaras (İspaniya, 2) - Cümhur (Bosniya və H.) 6:1, 6:3, 4:6, 6:4
Qrikspor (Niderland) - Kuinn (ABŞ) 4:6, 6:1, 6:7 (2:7), 6:1, 6:4
Sinner (İtaliya, 1) - Leqeçka (Çexiya) 6:0, 6:1, 6:2
Zverev (Almaniya, 3) - Kobolli (İtaliya) 6:2, 7:6 (7:4), 6:1
Bublik (Qazaxıstan) - Roşa (Portuqaliya) 7:5, 6:1, 6:2
Dreyper (B.Britaniya, 5) - Fonseka (Braziliya) 6:2, 6:4, 6:2
Norri (B.Britaniya) – Fernli (B.Britaniya) 6:3, 7:6 (7:1), 6:2
Cokoviç (Serbiya, 6) - Mizoliç (Avstriya) 6:3, 6:4, 6:2
Rublev (Rusiya, 7) - Fis (Fransa, 14) imtina
1/8 final
Pol (ABŞ, 12) - Popırin (Avstraliya, 25) 6:3, 6:3, 6:3
Alkaras (İspaniya, 2) - Şelton (ABŞ, 13) 7:6 (10:8), 6:3, 4:6, 6:4
Tiafo (ABŞ, 15) - Altmayer (Almaniya) 6:3, 6:4, 7:6 (7:4)
Muzetti (İtaliya, 8) - Rune (Danimarka, 10) 7:5, 3:6, 6:3, 6:2
Zverev (Almaniya, 3) - Qrikspor (Niderland) 6:4, 3:0 imtina
Cokoviç (Serbiya, 6) - Norri (B.Britaniya) 6:2, 6:3, 6:2
Bublik (Qazaxıstan) - Dreyper (B.Britaniya, 5) 5:7, 6:3, 6:2, 6:4
Sinner (İtaliya, 1) - Rublev (Rusiya, 7) 6:1, 6:3, 6:4

Qadınlar
1/16 final

Sinven (Çin, 8) – Mboko (Kanada) 6:3, 6:4
Anisimova (ABŞ, 16) – Tauson (Danimarka, 22) 7:6 (7:4), 6:4
Sobolenko (Belarus, 1) - Daniloviç (Serbiya) 6:2, 6:3
Samsonova (Rusiya, 19) - Yastremskaya (Ukrayna) 6:2, 6:3
Sventek (Polşa, 5) - Kristian (Rumıniya) 6:2, 7:5
Rıbakina (Qazaxıstan, 12) - Ostapenko (Latviya, 21) 6:2, 6:2
Paolini (İtaliya, 4) – Starodubtseva (Ukrayna) 6:4, 6:1
Svitolina (Ukrayna, 13) – Pera (ABŞ) 7:6 (7:5), 7:6 (7:5)
M.Andreyeva (Rusiya, 6) – Putintseva (Qazaxıstan, 32) 6:3, 6:1
Kasatkina (Avstraliya, 17) - Badosa (İspaniya, 10) 6:1, 7:5
Pequla (ABŞ, 3) - Vondrouşova (Çexiya) 3:6, 6:4, 6:2
Buasson (Fransa) - Jakmo (Fransa) 6:3, 0:6, 7:5
Aleksandrova (Rusiya, 20) - Kudermetova (Rusiya) 6:2, 6:2
Baptist (ABŞ) - Busas Maneyro (İspaniya) 7:6 (7:4), 6:1
Qauff (ABŞ, 2) - Buzkova (Çexiya) 6:1, 7:6 (7:3)
Kiz (ABŞ, 7) – Kenin (ABŞ, 31) 4:6, 6:3, 7:5
1/8 final
Svitolina (Ukrayna, 13) - Paolini (İtaliya, 4)
Sinven (Çin, 8) - Samsonova (Rusiya, 19) 7:6 (7:5), 1:6, 6:3
Sventek (Polşa, 5) - Rıbakina (Qazaxıstan, 12) 1:6, 6:3, 7:5
Sobolenko (Belarus, 1) - Anisimova (ABŞ, 16) 7:5, 6:3
M.Andreyeva (Rusiya, 6) - Kasatkina (Avstraliya, 17) 6:3, 7:5
Qauff (ABŞ, 2) - Aleksandrova (Rusiya, 20) 5:7, 6:3, 6:2, 6:4
Buasson (Fransa) - Pequla (ABŞ, 3) 3:6, 6:4, 6:4
Kiz (ABŞ, 7) - Baptist (ABŞ) 6:3, 7:5

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul