“Football-plus.az” bununla bağlı Elgiz bəyin fikrini öyrənib:
“Qarabağ"ın bazasına getmək həm nəzəri, həm praktik bilgi almağa, həm də növbəti mərhələlərə hazırlaşmağa xidmət etdi. Praktika müddətində məşq prosesini yaxından izləmək, məşqçi heyətinin iş bölgüsü, hazırlıq mərhələləri və oyun strategiyalarının formalaşması kimi aspektlər baxımından təcrübə qazandım. Məşqçilərin detallara verdiyi diqqət və hər şeyi sistemə uyğun şəkildə planlaması xüsusilə diqqətimi çəkdi. "Qarabağ"ın daxili mədəniyyəti, işə yanaşma tərzi və nizam-intizamı mənə göstərdi ki, bura gəlməklə doğru addım atmışam”.
MÜZƏFFƏR QULUZADƏ






