“Son 13 oyunda orta hesabla 5 qol vurmuşuq” – çempion olmadı, bununla öyündü

24.05.2025 17:17 31
Aktual / Ölkə futbolu
2-ci liqada çempionluq mübarizəsi gözlənilən kimi bitdi.

“Şəfa” “Qusar”ı darmadağın etsə də, “Şahdağ Qusar” çempion oldu. “Football-plus.az” oyundan sonra “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin fikrini öyrənib:
“Son tura qədər çempion olacağımıza ümid edirdik. Oyunlara çox ciddi hazırlaşırdıq. Bunun nəticəsi kimi son 13 oyunda orta hesabla 5 qol vurmuşuq. Çempion ola bilməsək də, məqsədimiz birinci liqaya vəsiqə qazanmaq idi. Bunun öhdəsindən gəldik. Futbolçularıma təşəkkür edirəm. Çempionluq münasibəti ilə “Şahdağ Qusar”ı təbrik edirəm".


MÜZƏFFƏR QULUZADƏ