“Barselona”nın növbəti transfer planları

8.06.2025 08:52 23
Dünya futbolu
Rafinya və Lamin Yamal ilə müqavilələri eniləyən “Barselona”nın növbəti transfer planları məlum olub.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu yalnız “Liverpul”un vingeri Luis Dias üçün pul xərcləməyə hazırdı.

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordu isə icarə əsasında transfer etməyi planlaşdırır.

Diasın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Reşford isə fevral ayından icarə əsasında “Aston Villa”da çıxış edib. Onun icarə müddəti iyunun sonuna qədər nəzərdə tutulub.