Minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçiriləcək

1.06.2025 18:38 13
İdman
Bu gün Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, tədbir saat 19.15-də başlayacaq.

Finaldan öncə nəzərdə tutulan konsert proqramında Xalq artisti Faiq Ağayev və gənc müğənni Mərdan Kazımov ifa edəcəklər.

Qeyd edək ki, saat 20.00-da mundialın finalında Azərbaycan və Macarıstan milliləri qarşılaşacaqlar.