Messi onunla birgə oynamaq istəyir

3.10.2023 20:10 248
Dünya futbolu
“İnter Mayami” heyətini Luka Modriçlə gücləndirə bilər.

"Football-plus.az" xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, ABŞ klubu “Real”ın təcrübəli futbolçusu ilə yaxından maraqlanır. Mümkün transfer üçün təşəbbüsü klubun artıq xorvatiyalı yarımmüdafiəçi ilə görüş keçirən həmsahibi Devid Bekhem göstərib.

Deyilənə görə, komandanın aparıcı futbolçusu Lionel Messi Modriç ilə birgə oynamağı çox istəyir. Amma Luka ən azı 2023/24 mövsümünün sonuna qədər “Real”da qalmağı düşünür. Yeri gəlmişkən, Modriç bu yay Səudiyyə Ərəbistanının adı çəkilməyən klubunun cəlbedici təklifini rədd etmişdi. O, “Real”da 2012-ci ildən oynayır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul