Modriçin yolu haradı?

21.11.2023 22:13 309
Dünya futbolu
Luka Modriçin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi haqda xəbərlər səngimir.

“Football-plus.az” xəbər verir ki, Borxa Kouç agenti olduğu “Real”ın futbolçusunun bu ölkənin klubuna mümkün transferinə münasibət bildirib. O, bu variantın mümkünlüyünü istisna etməyib:
“Yayda Səudiyyə Ərəbistanında Modriçə maraq var idi. Onu transfer etmək istəyirdilər. Müştərimə görə bir neçə təklif almışdıq. İndi Modriç “Real” haqda düşünür. Lakin təklif ona layiq olarsa, onun Səudiyyə liqasında oynaması mümkündü”.