Kamal Bayramov karyerasını başa vurdu

25.05.2025 15:20 29
Ölkə futbolu
"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Misli premyer-liqasının 36-cı turunun “Qarabağ”la matçından öncə klubun idarə heyətinin sədri Elçin Usub 40 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Bayramov bu ilin yanvar ayından "Şamaxı"nın formasını geyirdi. O, 2020-22-ci illərdə də "Şamaxı"da oynayıb. Qolkiper karyerası ərzində "Turan Tovuz", "Səbail", "Zirə", AZAL, "Araz-Naxçıvan", "Rəvan", "Xəzər Lənkəran", "Muğan" və "Neftçi"də də çıxış edib.