“Forza Neftçi” azarkeş qrupu “Sabah”la kubok oyunundan sonra tribunaların səssiz qalacağını açıqlayıb.
Qrupun yaydığı bəyanatda deyilir ki, “Neftçi” əsl futbol oynamağa başlayanda azarkeşlər də səmimi dəstək göstərəcək. İndi paytaxt klubunun ev oyunlarında ya azarkeş sayı az olur, ya da gələnlər heç bir dəstək vermir.
“Forza Neftçi” stadiona gəlirsə, amma komandaya dəstək vermirsə, rəqibin azarkeş qruplarından statusuna görə nə ilə fərqlənir? Tribunalara belə gəlmək əvəzinə gəlməmək daha yaxşı olmazmı? Bu suaı Neftçi” Azarkeş Dərnəyinin rəhbəri Kənan Hənifəyevə ünvanladıq: