"İstər taktiki-texniki, istərsə də psixoloji cəhətdən mundiala hazırıq"

19.05.2025 18:39 18
İdman
Xalqımıza sevinc bəxş edəcəyimizə inanıram.

"Football-plus.az" xəbər verir ki, bunu Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Elşad Quliyev deyib.

O, turnirə ciddi hazırlaşdıqlarını söyləyib:
"Ölkəmizdə belə turnirin keçirilməsi təqdirəlayiq haldı. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqına sevinc bəxş edək. İstər taktiki-texniki, istərsə də psixoloji cəhətdən mundiala hazırıq".

Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Yığmamız 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.