"Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyur" - Mariana Vasileva

27.05.2023 16:05 230
İdman
“Bakıdakı dünya çempionatı unudulmaz yarış olacaq”.

"Football-plus.az" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı öncəsi təşkil olunan mətbuat konfransında deyib.

O, Təşkilat Komitəsinin mundiala ciddi hazırlaşdığını söyləyib:

“Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyur. Təşkilat Komitəsi yarışların yüksək səviyyədə təşkili üçün böyük işlər görür. Nazirlik adından taekvondoçulara uğurlar arzulayıram”.


Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov isə idmana və taekvondoya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib:

“Bu il Dünya Taekvondo Federasiyasının 50 illiyini qeyd edirik. Bunun Bakıda olması müstəsna hadisədi”.


Qeyd edək ki, dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək.