Millimizin Macarıstanla keçirəcəyi yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Yoldaşlıq görüşü iyunun 10-da “Liv Bona Dea Arena”da oynanılacaq və saat 20.00-da başlayacaq.
Biletlərin qiymətləri və satış məntəqələri:
1-ci Kateqoriya - 5 AZN, 2-ci Kateqoriya - 2 AZN, VİP - 10 AZN.
iTicket.az satış məntəqələri: Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi.