Millimizin Qızıl Avropa Liqası üçün heyəti

15.05.2025 12:10 6
İdman
Qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqası üçün heyəti bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yığmamızın ilkin heyətində 19 voleybolçu yer alıb.

Baş məşqçi Faiq Qarayav komandanın düşərgəsinə 8 hücumçu, 5 blokçu, 4 libero və 2 toppaylayıcı çağırıb. Təcrübəli mütəxəssisə məşqçilər korpusunda Famil Ağayev və Emin Əbilov kömək edəcəklər.

Liberolar: Asiyət Abuyeva, Ceyran İmanova, Yuliya Kərimova, Bəyaz Quluyeva;

Toppaylayıcılar: Yana Doroşenko, Kristina Besman;

Blokçular: Anastasiya Mertsalova, Aynur İmanova, Ayşən Abduləzimova, Mariya Kirilyuk, Olena Xarçenko;

Hücumçular: Yelizaveta Ruban, İlhamə Əzimova, Ülkər Kərimova, Nikolina Başnakova, Polina Rəhimova, Marqarita Stepanenko, Kseniya Pavlenko, Yelizaveta Burkova.

Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.