Millimizin heyəti açıqlandı

12.05.2025 19:55 8
İdman
Kişi voleybolçulardan ibarət millimizin Gümüş Avropa Liqası üçün heyəti bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ilkin heyətə 17 oyunçu daxil edilib. Baş məşqçi Fərid Cəlalovun korpusunda köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilov yer alıblar. Heyətə 4 toppaylayıcı, 6 blokçu, 2 libero və 5 hücumçu cəlb olunub.

Toppaylayıcılar: Əmirmehdi Əbilov, Mirhasil Seyidli, Vüsal Rüstəmov, Roman Qurski;

Blokçular: Emin Alışanov, Mərdan Məmmədov, Dmitri Baranov, Aslan Həmidov, Yeqor Nikulenko, Ramazan Ağabəyov;

Liberolar: Nihad Qasımov, Kənan Allahverdiyev;

Hücumçu: Cavid Əzimov, Ruslan Əliyev, Yusif Bünyatov, Andrey Melnikov, Mirəşrəf Rzazadə.

Qeyd edək ki, yığmamız ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.