1-ci liqada 2024/25 mövsümünün qalibi olan "Qəbələ"yə qızıl medallar 26-cı turda təqdim olunacaq.
"Football-plus.az" xəbər verir ki, təltifetmə mərasimi mayın 15-də Qəbələ şəhər stadionunda baş tutacaq.
"Qəbələ" saat 16.00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.