Kimdi günahkar?

13.05.2025 17:34 39
Aktual / Ölkə futbolu
34-cü turda evdə “Zirə”yə uduzan “Səbail”in premyer-liqanı tərk edəcəyi rəsmiləşdi. 

Görəsən, bunun əsas səbəbi nədi? Heyət zəif, baş məşqçiləri bacarıqsız idi, yoxsa rəhbərliyin də hansısa günahı var? Adil Şükürov bu suala belə cavab verdi:
“Səbail” üçün çox üzüldüm. O klubda dəyər verdiyim yaxşı insanlar var. Komandanın premyer-liqaya qayıtması üçün heç olmasa, indiki heyətin 60-70 faizini saxlamaq lazımdı. Çünki 2025/26 mövsümündə 1-ci liqa komandaları daha güclü olacaq. İkinci liqadan qalxan komandaların dayanıqlı maliyə dəstəyi var. 1-ci liqada yerini qorumağı bacaran “Mingəçevir”, “Baku Sportinq” və başqa komandalar mübarizəni daha da gərginləşdirəcək. Bu amillərin hamısını nəzərə alsaq, “Səbail” üçün mübarizə ağır olacaq. Burda bir nüans çox vacibdi ki, bu da komandaya dəstək olan sponsorun qərarlarıdı”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul