AFFA İntizam Komitəsi "Sabah-2"nin futbolçusu Stefen Endeni cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında 18 yaşlı nigeriyalı hücumçu ilə bağlı qərar qəbul edilib.
Aprelin 28-də Əvəzedicilər liqasında 32-ci turunun “Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra Masazır təmsilçisinin futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. "Bayquşlar" 300 manat cərimə edilib.