3-cü bundesliqada çıxış edəcək

25.04.2025 10:22 11
Dünya futbolu
Kevin Follandın yeni klubu müəyyənləşib.

Hazırda “Union”da çıxış edən 32 yaşlı hücumçu yayda ilk peşəkar klubuna – “Münhen 1860”a qayıdacaq. Almaniya yığmasının sabiq oyunçusunun formasını 2010-12-ci illərdə daşıdığı komanda 3-cü bundesliqada çıxış edir. Follandın münhenlilərlə razılaşdırdığı müqavilənin detallarına aydınlıq gətirilmir.

Bu mövsüm “Union”da yalnız 4 oyun keçirən hücumçu karyerasında “Hoffenhaym”, “Bayer-04” və “Monako”nun da formasını geyib.