“Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb” – Qurban Qurbanov

11.04.2025 21:55 23
Ölkə futbolu / Manşet
“Qarabağ” Misli premyer-liqasının 30-cu turunda “Səbail”i darmadağın etdi – 4:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxıb.

- Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımızı oyundan qopmağa qoymadılar.

- Qarşıda “Neftçi” ilə oyun və 8 günlük fasilə var. Bunu necə dəyərləndirəcəksiz?
- Məncə, 8 gün bizim üçün çox faydalı olacaq. İstirahət üçün də vaxt olacaq. Bəzi çatışmazlıqlar da var. Qarşıdakı oyunlar üçün 8 günün faydası olacaq. Düzgün faydalanmağa çalışacağıq.

- “Neftçi” ilə oyunda hansısa rotasiyalar ola bilərmi?
- Sıx qrafik olanda rotasiyalar edirik. Əvvəlki oyunlarda 4-5 dəyişiklik edirdiksə, qarşıdakı oyunlarda bu 1-2 ola bilər. Oyunlara çox ciddi hazırlaşırıq. Qarşıda bizi avrokubok oyunları gözləyir. Futbolçuların performansınım aşağı düşməsini istəmirik.

- Medina da son turlarda oynamır. Bu nə ilə bağlıdı?
- Sadəcə, Mateusu oynatdıq. Limiti də nəzərə almaq lazımdı. Mateus da özünü yaxşş tərəfdən göstərdi.

- AFFA İcraiyyə Komitəsinin 4 iclasında iştirak etməmisiz. Əsasnaməyə görə, bu qədər iclasda iştirak etməyən kənarlaşdırılır…
- Düzü, sayını bilmirəm. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Oyun günümüzə düşüb. Bu gün məşqdə də olduq. Dedim ki, icazə verəsiz, iştirak etməyim. Bir-birimizi anlayaraq iştirak etməmişəm. İcraiyyə Komitəsinə seçilən zaman söhbətimiz olmuşdu ki, mənim vaxtım çox olmadığına görə hər iclasda iştirak edə bilməyəcəm.

- Addainin performansından razısız?
- Hazırda razı deyiləm.

- Sizin bir sözünüz yadıma düşdü. Demişdiz ki, burda oynamaq çox çətindi. Süni ot örtüyündə oynamağa artıq alışdızmı?
- Süni meydançaya öyrəşməmişik və oynamaq istəmirik. Futbolçular əlavə yüklənmə hiss edir.

- Oyunboyu texniki zonadan çıxmadınız. Məsələ nə idi?
- Mən öz yerimdəydim. Oyunlar olur ki, çox müdaxilə etmək lazımdı. Heç kimdən küsməmişəm. İşimiz matçın axarına görə oyunu idarə etməkdi.

- Növbəti mövsüm komandalara ayrılan məbləğ 2,5 milyon manat olacaq. Bu çempionata təsir etməyək?
- Klublara təsir edəcək. Gərək, əlavə sponsor tapsınlar. Bəzi klublar üçün problem olacaq.

ƏSƏD SEYİDOV