MS onların transferini nəzərdən keçirir

10.04.2025 00:43 5
Dünya futbolu
Bilindiyi kimi, Kevin De Bruyne mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu artıq onun yerinə layiqli namizəd axtarışına başlayıb.

“The Athletic”in jurnalisti David Ornşteynin məlumatına görə, hazırda iki əsas namizəd var. Onlar “Nottingem Forest”in oyunçusu Morqan Gibbs-Uayt və “Bayer-04”də çıxış edən Florian Virtsdi.

Həmçinin “şəhərlilər” Kevini hazırkı futbolçuları ilə də əvəz edə bilər. Bu planda Filip Fodenin adı daha çox hallanır.